Xəbər lenti

 Kataloniya Baş naziri Karlos Puçdemon dünən gecə hökumətin təcili iclasını çağırıb.

Axar.az xəbər verir ki, iclasda hökumət üzvləri ilə bərabər Kataloniya parlamentindəki fraksiyaların rəhbərləri də iştirak ediblər. İclasda Barselonanın Kataloniyanın muxtariyyətinin məhdudlaşdırılması ilə bağlı rəsmi Madridə cavabı sonuncu dəfə müzakirə olunub.

Puçdemon iclasdan sonra öz İnstaqram səhifəsində iclasın fotosunu paylaşaraq, Kataloniya müstəqilliyindən əl çəkməyəcəklərini bildirib:

“Kataloniyanın idarəetməsini yox etməyə qərar verənlərlə vaxt itirməyəcəyik. Yolumuza davam edəcəyik”.

Puçdemon bu mesajını “Katalon Respublikası” həştəqi ilə paylaşıb.




Ana səhifəyə qayıt        Baxış: 441          Tarix: 26-10-2017, 09:58      

Xəbəri paylaş


Paylaş:   

Prizma