Xəbər lenti

İŞİD-in ən etibarlı qalası məhv ediləcək

ABŞ-ın rəhbərlik etdiyi koalisiya qüvvələri İŞİD terror qruplaşmasının rəhbərlərinin gizləndiyi daha bir ərazini təsbit edib.

Publika.az xəbər verir ki, ABŞ qüvvələri Suriyanın Deyr-ez-Zor əyalətinin Abu-Kamal şəhərinə hücuma hazırlaşır. Bu barədə mətbuata koalisiyası nümayəndələrindən biri olan Rayan Dilon bildirib.

ABŞ koalisiya qüvvələri Suriya hərbçiləri ilə birlikdə hərəkət edərək İŞİD ərazisi olan rayonları terrorçulardan təmizləməyə hazırlaşır. Növbəti hədəf isə İraqda Mosulun, Suriyada isə Rakkanın alınmasından sonra İŞİD rəhbərlərinin gizləndiyi ən etibarlı yer sayılan Abu-Kamal şəhəridir.

R.Dillon terrorçuların tam məhv ediləcəyini desə də, bu hücumun dəqiq tarixini bildirməyib.




Ana səhifəyə qayıt        Baxış: 702          Tarix: 28-10-2017, 14:45      

Xəbəri paylaş


Paylaş:   

Prizma