Xəbər lenti

60 terrorçu təslim oldu

Əfqanıstanın şərqindəki Kunar vilayətində “Taliban” teror təşkilatının 60 üzvü silahları ilə birlikdə hökumətə təslim olublar.

“Qafqazinfo” TRT-yə istinadən xəbər verir ki, Kunar valisi Vahidullah Klimzey təslim olanların bundan əvvəl Kunarın Sukai və Xas rayonlarında terror fəaliyyəti göstərdiklərini deyib:

“Təslim olanların arasında təşkilatın regiondakı sözdə rəhbərləri də var. Terrorçuların “Sülh Proqramı”na cəlb olunması region təhlükəsizliyi üçün vacibdir. Digər terrorçuları də bu proqrama qatılmağa çağırırıq”.

Qeyd edək ki, Əfqanıstanda 10 ildən artıqdır davam edən müharibəni siyasi danışıqlar yolu ilə başa vurmaq üçün ölkənin Ali Sülh Şurası “Sülh Proqramı” adı altında təcrübə aparır. Hökumət proqram çərçivəsində təslim olan terrorçulara maddi dəstək göstərir və işlə təmin edir.




Ana səhifəyə qayıt        Baxış: 605          Tarix: 2-11-2017, 19:36      

Xəbəri paylaş


Paylaş:   

Prizma