Xəbər lenti

İraqın Telafer şəhərinin İŞİD terror qruplaşması üzvlərindən təmizlənməsi əməliyyatı zamanı təslim olan yaraqlıların sayı açıqlanıb.

"Report" xəbər verir ki, İraq təhlükəsizlik qüvvələrindəki bir səlahiyyətli şəxsin məlumatına görə, Telafer əməliyyatı nəticəsində əcnəbi əsilli 1300 İŞİD üzvü təslim olub.

Onların Mosulun cənubunda yerləşən Hamam əl- Əlil Əsgəri bazasında dustaq edildiyi bildirilir.

Yerli polis rəsmisi terrorçuların çoxunun Çeçenistan, Əfqanıstan, Rusiya, Fransa və İngiltərə əsilli olduğunu açıqlayıb.

Telaferdə aparılan əməliyyat ərzində 2 mindən çox İŞİD terrorçusu məhv edilib.

 




Ana səhifəyə qayıt        Baxış: 557          Tarix: 6-09-2017, 11:53      

Xəbəri paylaş


Paylaş:   

Prizma