Xəbər lenti

Rusiyadan “respublikalar”a AĞIR ZƏRBƏ

Rusiya hökuməti Krım və Kalininqradda layihələrin maliyyələşdirilməsinin xeyrinə işğal edilmiş Donbasa istənilən dəstəkdən imtina etmək niyyətindədir.

Publika.az xəbər verir ki, bu haqda mənbələrə istinadən “RBK” agentliyi yazıb.

Rusiya nəşri qeyd edir ki, Rusiya Maliyyə Nazirliyinə 2019 və 2020-ci illərdə “ayrı ərazilər”ə humanitar yardımın göstərilməsinin federal büdcənin layihəsindən çıxarılması tapşırılıb.

“RBK” yazır ki, Kremlə yaxın federal məmur və iki mənbənin sözlərinə görə, “ayrı ərazilər” ifadəsi ilə ehtimal ki, “DXR” və “LXR”i nəzərdə tutur. Agentliyin sorğusunu nə Maliyyə Nazirliyi, nə də Rusiya prezidentinin mətbuat katibi Dmitri Peskov cavablandırıb.

“RBK”in hesablamalarına görə, zəbt edilmiş Krımı və Kalininqrad vilayətinin maliyyələşdirilməsi üçün 165 milyard rubl (təxminən 2,2 milyard dollar) lazımdır.

Rusiya Siyasi Texnologiyalar Mərkəzinin birinci vitse-prezidenti Aleksey Makarkin bildirib ki, vasitələrin bölgüsü Donbasdakı “respublikalar”ın xeyrinədir. Amma o qeyd edib ki, Rusiya “respublikalar”ın gələcək statusundan əmin deyil.




Ana səhifəyə qayıt        Baxış: 792          Tarix: 15-09-2017, 15:28      

Xəbəri paylaş


Paylaş:   

Prizma