Xəbər lenti

 

İdman avtomobili Beast ilə məşhurlaşmış Rezvani Motors şirkəti Tank adı almış ekstremal yolsuzluq avtomobilini təqdim edib.
Ovqat.com auto.az-a istinadən bildirir ki, məşhur SUV seqmentinə aid avtomobil ciddi görkəmli eksteryer dizaynı, zirehli ban,  infraqırmızı gecə görünüşü sistemi və 500-güclü mühərrik alıb.

Rezvani Tank - bu, Rezvani Motors şirkətinin ilk yolsuzluq avtomobilidir və istehsalçının adi idman avtomobilləri sırasından uzaqlaşmasıdır. Xatırladaq ki, bu günədək şirkətin sırasında sportkar Beast fərqlənirdi.

Təəssüf ki, yeni ekstremal yolsuzluq avtomobili Rezvani Tank barədə ətraflı məlumat yoxdur. Məlumdur ki, avtomobil çərçivəli konstruksiya əsasında hazırlanıb.

Həmçinin qeyd edilməlidir ki, yolsuzluq avtomobili Rezvani Tank üçün qoşula bilən tam ötürücü və 6,4-litrlik V8 güc aqreqatı əlyetərlidir. Bu mühərrik 500 a.g.-ə sahibdir. Bildirilib ki, mühərrik Chrysler SRT-nin mütəxəssisləri tərəfindən hazırlanıb.

Bundan əlavə, 500-güclü ciddi görkəmli yolsuzluq avtomobili Rezvani Tank-ın təchizatına xüsusi olaraq gücləndirilmiş asma, o cümlədən ən ağır yol şəraiti üçün nəzərdə tutulmuş kobud şinlər daxildir.




Ana səhifəyə qayıt        Baxış: 905          Tarix: 4-11-2017, 22:11      

Xəbəri paylaş


Paylaş:   

Prizma