Xəbər lenti

Ermənistan hərbiləşməyə görə birinci yerə çıxdı – Ölkədə HƏYƏCAN SİQNALIErmənistan Avropada birinci, dünyada isə ən hərbiləşdirilmiş üçüncü ölkədir.

Publika.az
 xəbər verir ki, bu barədə “Global Militarization İndex”in analizində deyilir.

Hərbiləşmənin səviyyəsi bir ölkədə təhsil və səhiyyəyə ayrılan vəsaitlə müqayisədə hesablanır. Həmçinin, bu qiymətləndirmədə ümumi daxili məhsulun hərbiyə ayrılan hissəsi də əsas götürülür.

Erməni siyasi şərhçi Sarqis Artsruni Ermənistanın 2018-i il dövlət büdcəsində səhiyyə və təhsilə ayrılan vəsaitin hərbiləşmə ilə müqayisədə az olduğuna diqqət çəkib.

“Bu, ölkəmizin “Global Militarization İndex”in növbəti siyahısında daha da “yüksələcəyi” deməkdir. Hərçənd, bu analiz ciddi həyəcan doğurur. Birincisi, hərbiləşmiş ölkələrdə bir qayda olaraq güclü vətəndaş cəmiyyətinə, azad iqtisadiyyata və keyfiyyətli siyasi sistemə malik olmurlar. Bu imic Ermənistanı xarici investorlar üçün ən sonuncu ölkə edir. Xarici investisiya hərbiləşmiş ölkələrdən uzaq durmağa çalışır, lakin təkcə ona görə yox ki, münaqişə var, həm də belə ölkələrdə qanun işləmir, ədalət prinsipi qorunmur. Hərbiləşmə Ermənistanın xarici siyasi imicinə də mənfi təsir edir”, - deyə o qeyd edir.

Erməni şərhçi əlavə edib ki, Ermənistanın hərbiləşmiş ölkə olması, ordunun güclü, yaxud müasir silahlara sahib olduğu demək deyil: “Əksinə, yoxsul büdcədən təhsil və səhiyyəyə ayrılacaq pullar kəsilərək orduya verilir. Bütün bunların fonunda Ermənistanın dəhşətli yoxsulluğu da göz önündədir”.




Ana səhifəyə qayıt        Baxış: 465          Tarix: 9-11-2017, 14:26      

Xəbəri paylaş


Paylaş:   

Prizma