Rusiyada 2018-ci ildə keçirilicək prezident seçkisində namizəd olmaq arzusunu irəli sürmüş televiziya aparıcısı Kseniya Sobçak ABŞ-ın Rusiya ilə bağlı sanksiyalarına dəstək nümayiş etdirib.
Publika.az bildirir ki, o, həmçinin öz "böyük demokratik koalisiya"sını yaratmaq və Krımda yeni referendum keçirmək arzusu haqqında da danışıb.
“Düşünürəm ki, Rusiya beynəlxalq hüquq normalarını pozub, beynəlxalq hüquqa əsasən, Krım Ukraynaya aiddir”, - CNN telekanalına müsahibəsində Sobçak bildirib.
“Mən həmçinin Rusiyaya qarşı olan sanksiyaları da dəstəkləyirəm. Amma başqa məsələdir ki, məsələn, indi Rusiya tələbələri Amerika vizasını ala bilmirlər. Düzgün deyil, çünki qərb Rusiya siyasi elitasına görə, sadə Rusiya xalqını cəzalandırmamalıdır. Sanksiyalar məmurlara qarşı olmalıdır, vətəndaşlara yox”, - o, əlavə edib.
Paylaş: