İranla İraq neft ixracı məsələsində razılığa gəlib.
Publika.az xəbər verir ki, bununla bağlı İraqın Neft Nazirliyi yazılı bəyanat yayıb.
Nazir Cabbar Luaybi Kərkükdən İrana gündəlik 30-60 barel neft ixracı ilə bağlı prinsipial razılığa gəldikdlərini bəyan edib.
Qeyd edilən müqavilə İraqın Neft Marketinq Şirkəti ilə İran arasında bağlandığı bildirilir. Nazir bildirib ki, neft ixracı üçün boru xətti çəkiləndən sonra daha da artacaq.
Həmin vaxta qədər isə neft maşınlarla daşınacaq. İran isə nefti İraqın cənubundakı sərhəddə alacaq.
Nazir İranla texniki və idarəetmə məsələləri çərçivəsində razılığa gəldiklərini, Türkiyə, İran, Küveyt, Səudiyyə Ərəbistanı və Suriya ilə neft və strateji məsələlərdə razılaşmağı qarşılarına məqsəd qoyduqlarını bəyan edib.
Paylaş: