Xəbər lenti

 Türkiyənin Vaşinqtondakı səfirliyi terrorçu Fətullah Gülənin ABŞ-dan oğurluğu və Türkiyəyə göndərilməsi cəhdi haqqında iddiaları təkzib edib.

"Report" xəbər verir ki, bu barədə "Anadolu" agentliyi məlumat yayıb.

Türkiyənin bu ölkədəki diplomatik missiyasının bəyanatında vurğulanır ki, Ankara 2016-cı ilin 15 iyulunda dövlət çevrilişinə cəhdi planlaşdırmış cinayətkar Gülənin ekstradisiyasına hüquqi yolla nail olmaq niyyətindədir.

"Cinayətkar qrupun üzvləri tərəfindən edilmiş bütün cinayətlərin arxasında Gülən dayanır, türk xalqı son dərəcə narahatdır və o faktdan təəccüblənib ki, belə şəxs hələ də ABŞ-da sığınacağı tapır", - deyə səfirliyin açıqlamasında bildirilir.

Türkiyə Gülənin və onun tərəfdarlarının cinayətkar mahiyyətini və Amerika-Türkiyə razılaşmalarını nəzərə alaraq, terror təşkilatının başçısının ekstradisiyasını tələb edilməsini izah etmək üçün ABŞ-ın vəzifəli şəxsləriylə aktiv əlaqələri davam etdirəcək. 




Ana səhifəyə qayıt        Baxış: 730          Tarix: 12-11-2017, 11:19      

Xəbəri paylaş


Paylaş:   

Prizma