Xəbər lenti

 ABŞ-ın Portlend şəhərində (Oreqon ştatı) 1 May Beynəlxalq Əmək günü ilə əlaqədar keçirilən yürüş iğtişaşlarla nəticələnib.

  RİA Novosti agentliyi xəbər verir ki, bir qrup anarxist polis əməkdaşlarına “Molotov kokteylləri” və tüstü şaşkaları atıb, polis avtomobilini yandırıb və ətrafdakı evlərin şüşələrini sındırıblar.

 Polis, öz növbəsində, gözyaşardıcı qazdan və səsli qumbaralardan istifadə edib.  

 Hadisə nəticəsində 3 nəfər həbs olunub. Xəsarət alanlar barədə məlumat verilmir. 




Ana səhifəyə qayıt        Baxış: 500          Tarix: 2-05-2017, 08:49      

Xəbəri paylaş


Paylaş:   

Prizma