Xəbər lenti

Ermənistan ordusunun 2 əsgəri döyüş postunda yaralandıİşğalçı Ermənistan ordusunun daha 2 hərbi qulluqçusu döyüş postunda odlu silah yarası alıb.

Publika.az
 xəbər verir ki, bu barədə məlumat sosial şəbəkədə erməni istifadəçilər yayıb.

Məlumata görə, Ermənistan tərəfindən işğal edilən Madagiz yaşayış məntəqəsində döyüş mövqeyində xidmət edən iki ermənistanlı hərbi qulluqçu odlu silahdan açılan atəş nəticəsində yaralanıb.

Postdan qayıdıb silahı boşaldarkən ehtiyatsızlıq səbəbindən avtomatdan açılan atəş nəticəsində yaralandıqları deyilən erməni əsgərlər Çarents Nazaryan və Armen Arakelyan hərbi hissənin tibb məntəqəsinə yerləşdirilib. Əsgərlərin vəziyyətinin orta olduğu deyilir.

İctimaiyyətdən gizlətmək məqsədilə hadisənin səbəblərini qərargah zabitləri özləri araşdırırlar.




Ana səhifəyə qayıt        Baxış: 923          Tarix: 14-11-2017, 17:05      

Xəbəri paylaş


Paylaş:   

Prizma