Xəbər lenti

  

 

“Ermənistan ordusu 2017-ci ilin əvvəlindən bu günə qədər 26 əsgərini itirib”.

“RAKİB”-dən Ovqat.com-a verilən məlumata görə, bunu Ermənistan Müdafiə Nazirliyi açıqlayıb.

Nazirliyin rəsmi açıqlamasına həmin 26 əsgərdən 12-sinin Azərbaycan ordusunun açdığı atəş nəticəsində, digərlərinin isə müxtəlif səbəblərdən öldüyü etiraf olunub.

“RAKİB”-in erməni mənbələrində apardığı araşdırmalar zamanı isə məlum olub ki, işğalçı Ermənistan MN itkiləri haqda dəqiq məlumat verməyib və bilərəkdən ölüm faktlarını ictimaiyyətdən gizlədir. Belə ki, “RAKİB”-in inkaredilməz faktlara əsaslanaraq əldə etmiş olduğu məlumata görə, bu il indiyədək işğalçı ordusunun itki 29 nəfər olub. Bunlardan 12 nəfəri qeyri-döyüş, 17 nəfəri isə döyüş şəraitində ölüb.

"RAKİB" ölən erməni əsgərlərinin həlak olduğu məkanları da açıqlayıb: "Onlardan 8-i Ermənistan ərazisindəki h/h-lərdə, 21-i ermənilər tərəfindən işğal olunmuş Qarabağ bölgəsində həyatla vidalaşıb.

Ölənlərdən 11-i müqaviləli, 18-i isə müddətli həqiqi hərbi xidmət keçən hərbçidir".

“RAKİB” Ermənistan rəsmilərinin gizlətdiyi 3 erməni ölüsünün adını da açıqlayıb. Bunlar 1997-ci il təvəllüdlü Qurqen Sarkisyan, 1998-ci il təvəllüdlü Sarkis Apinyan və 1986-cı il təvəllüdlü Armen Tsaturyandır.




Ana səhifəyə qayıt        Baxış: 1 481          Tarix: 31-05-2017, 14:06      

Xəbəri paylaş


Paylaş:   

Prizma