Xəbər lenti

Ukrayna və Gürcüstan NATO-ya üzv olmağa hələ ki, hazır deyillər.
 
APA-nın TASS agentliyinə istinadən verdiyi xəbərə görə, bunu NATO-nun baş katibi Yens Stoltenberq Kanadanın Qalifaks şəhərində keçirilən təhlükəsizlik üzrə beynəlxalq forumda bəyan edib.
 
“Ukrayna və Gürcüstan NATO-ya üzv olmağa hələ ki, hazır deyillər. Lakin Alyans bu ölkələrlə müvafiq işlər aparır. Alyansa üzvü olmaq istəyən dövlətlər NATO standartlarına cavab verməlidirlər. Ukrayna və Gürcüstanda islahatlar tam şəkildə həyata keçirilməyib. Onlar müdafiə institutlarını  müasirləşdirməli, korrupsiyaya son qoymalı və demokratik təsisatları gücləndirməlidirlər”, deyə Y.Stoltenberq qeyd edib.
 
Onun sözlərinə görə, hazırda Alyans adıçəkilən məsələlərdə rəsmi Kiyev və Tbilisiyə yardım göstərir.




Ana səhifəyə qayıt        Baxış: 846          Tarix: 18-11-2017, 13:05      

Xəbəri paylaş


Paylaş:   

Prizma