Almaniyanın yeni hökumətinin formalaşması üçün aparılan ilkin danışıqların müvəffəqiyyətsizliyi kansler Angela Merkel erasının sonunun çatdığını göstərir.
Bunu Federal Sol Partiyasının sədri Katya Kipinq deyib.
“Almaniya üçün Alternativ” partiyasının liderləri Aleksander Qauland və Alisa Vaydel Merkel postu tərk etməyə çağırıblar.
Bu gün Almaniyanın Azad Demokratik Partiyası Angela Merkelin rəhbəri olduğu “Xristian Demokratları İttifaqı” partiyası və “yaşıllar"la birgə parlament koalisiyası yaratmağa dair danışıqları tərk edib. Bir müddət əvvəl Angela Merkel hökumətin formalaşdırılması üçün "Yamayka koalisiyası" ( koalisiyada iştirak edən partiyaların rənğləri – qara, sarı və yaşıl Yamayka bayrağının rənğlərinə təsadüf edir - red.) danşıqların başladığın elan etmişdi.//Publika.az
Paylaş: