Suriya probleminin həlli ilə bağlı Soçidə Rusiya, Türkiyə və İran prezidentlərinin hazırladıqları birgə bəyannamə BMT-də rəsmi bəyanat olaraq yayımlanıb. Sputnik Azərbaycan xarici mətbuata istinadən xəbər verir ki, Soçidə razılaşdırılan sənən BMT Təhlükəsizlik Şurasında rəsmi sənəd sayılıb.
Təhlükəsizlik Şurasının İtaliyadan olan baş katibi Sebastiano Kardi deyib ki, Rusiya, Türkiyə və İranın BMT-dəki daimi təmsilçilərinin müraicətləri qəbul olunub: "Onların bizə təqdim elədikləri sənəd Birləşmiş Millətlər Təşkilatının rəsmi sənədi sayılacaq".
Qeyd edək ki, noyabrın 22-də Soçi şəhərində bir araya gələn Putin, Ərdoğan və Həsən Ruhani Suriyadakı problemin həlli ilə bağlı birgə bəyanat yayıblar. Onlar, Suriyada gərginliyin azaldılması prosesinin, terrorun bitirilməsi üçün birgə əməkdaşlığın davam edəcəyini açıqlayıblar.
Paylaş: