Xəbər lenti

 Şahzadə Harri amerikalı aktrisa və fotomodel Meqan Markl ilə evlənəcək. Bu barədə Böyük Britaniya krallığının mətbuat xidməti bildirib.

Nişan mərasimi noyabr ayında olub, toy isə gələn ilin yaz aylarında keçiriləcək.

Britaniya kral sarayının mətbuat xidməti şahzadə Harrinin öz niyyəti barədə kraliça II Elizabetə və kral ailəsinin digər üzvlərinə məlumat verdiyini, həmçinin nişanlısının valideynlərindən xeyir-dua aldığını qeyd edir. Toydan sonra gənc cütlük Kemsinqton sarayının iqamətgahlarının birində yaşayacaq.

36 yaşlı Meqan Markl “Fors-majorlar” serialında Reyçl Zeyn rolu ilə məşhurdur. Markl 2011-ci ildə rejissor Trevor Engelsona ərə getmiş, 2013-cü ildə ondan boşanmışdı.

Qeyd edək ki, 33 yaşlı şahzadə Harri Britaniya tacına növbədə beşinci varisdir.//AZƏRTAC




Ana səhifəyə qayıt        Baxış: 672          Tarix: 27-11-2017, 22:04      

Xəbəri paylaş


Paylaş:   

Prizma