Xəbər lenti

 Darfurda yaraqlılarla toqquşma zamanı Sudanın 10 hərbçisi həlak olub.

"Report"un məlumatına görə, bu barədə ölkənin rəsmi "SUNA" agentliyi xəbər verib.

Xəbərdə bildirilir ki, həlak olanlardan biri generaldır. Toqquşmaların yeni mərhələsi Darfurun cənub hissəsində yaraqlıların silah toplaması ilə əlaqədar hökumət qüvvələrinin gücləndirilməsi ərəfəsində başlayıb.

Ölkənin müdafiə naziri Əli Məhəmməd Salem yaraqlıların lideri Musa Hilalın həbs edildiyini və Darfurda vəziyyətin sabitləşdiyini bildirib. 

Regionda münaqişə 2003-cü ildə, qeyri-ərəb tayfalarının Sudan hökumətinə qarşı çıxış etməsindən sonra başlayıb və hökumətin ötən il atəşkəsin birtərəfli qaydada elan etməsinə baxmayaraq vaxtaşırı baş qaldırır.




Ana səhifəyə qayıt        Baxış: 399          Tarix: 28-11-2017, 07:23      

Xəbəri paylaş


Paylaş:   

Prizma