Xəbər lenti

Rusiyanın ABŞ-da keçirilən prezident seçkilərinə müdaxilə etdikləri ehtimalını irəli sürənlər (demokratlar) öz məğlubiyyətlərini qəbul etmək istəmədikləri üçün hadisələrə başqa don geyindirmək istəyirlər".

ABŞ prezidenti Donald Tramp özünün “Tvitter” səhifəsində bu barədə paylaşım edib.

Tvitdə prezident hakimiyyətə gələn gündən bu yana yalnız Rusiya, Rusiya eşitməkdən yorulduğunu qeyd edib:

“Mənim seçimləri qazandığım, hakimiyyətə gəldiyim gündən bu günə qədər eşitdiyim yalnız budur- Rusiya seçkinin nəticələrinə müdaxilə edib. Bu, demokratların seçkilərdə məğlubiyyətlərinə haqq qazandırmaq üçün uydurduqları bəhanədir. Rusiya, Rusiya, Rusiya… Artıq yoruldum. Lakin nəticə etibarı ilə mən ölkə iqtisadiyyatını çətin vəziyyətdən çıxartdım. Hakimiyyətdə olduğum 10 ay ərzində ABŞ üçün sabiq həmkarlarımdan daha çox iş görmüşəm. Amerikanı yenidən ən ulu zirvəyə yüksəldəcəm”.

Publika.az




Ana səhifəyə qayıt        Baxış: 497          Tarix: 27-11-2017, 16:16      

Xəbəri paylaş


Paylaş:   

Prizma