Türkiyədə xarici casuslar və türkiyəli agentlər şalvarlarının eyni yerində olan cırıqlara görə, bir-birini tanımaqçün «cırıq cins» geyinirlər.
Bu barədə Türkiyənin «Yeni Akit» qəzeti yazıb. Qəzet xəbər verir ki, bu üsul Türkiyənin xüsusi xidmətləri tərəfindən vaxtında aşkarlanıb.
Bundan başqa, Türkiyədə bir neçə həftə bundan əvvəl üzərində «Hero» yazısı olan «futbolka»lar peyda olub. Bu yazı « Böyük Usta Sizə xeyir-dua versin»sözbirləşməsinin abbreviaturu kimi deşifrə olunur. «Usta» kəlməsi altında isə Fətulla Gülən nəzərdə tutulur. Məlumdur ki, Türkiyə hakimiyyəti ötənilki dövlət çevrilişinə cəhddə məhz Güləni günahlandırır.
Məlumata görə, təhlükəsizlik mülahizələrindən dolayı, atıq belə «futbolka» geyinmiş bir neçə nəfər saxlanıb.//Ovqat.com
Paylaş: