Xəbər lenti

Zimbabvenin yeni prezidenti Emmerson Mnanqaqva ölkənin yeni hökumətini formalaşdırıb. Nazirlər arasında yüksək rütbəli hərbçilər yer alıb.

Keçmiş prezident Robert Muqabenin hakimiyyəti dövründə Hərbi Hava Qüvvələrinin rəhbəri olmuş Perens Şiri kənd təsərrüfatı və torpaq məsələləri naziri təyin olunub.

Çevriliş zamanı aktiv fəaliyyət göstərmiş general Sibusiso Moyo isə Zimbabvenin xarici işlər naziri təyin olunub.

Bundan başqa, hökumətdə Hərbi Veteranlar Assosiasiyasının nümayəndələri də yer alıb. Yeni kabinetə müxalifət nümayəndələri daxil olmasa da, R.Muqabe dövründə nazir işləmiş bir sıra şəxslər öz vəzifələrini saxlayıb.//AzPolitika.info




Ana səhifəyə qayıt        Baxış: 793          Tarix: 1-12-2017, 22:20      

Xəbəri paylaş


Paylaş:   

Prizma