Xəbər lenti
Dünən, 19:25

 ABŞ-ın Sakit okeanda yerləşən Havay ştatında “soyuq müharibədən” sonra ilk dəfə nüvə hücumu haqqında xəbərdarlıq sistemi sınaqdan keçirilib.

 APA-nın xəbərinə görə, bu barədə ABC telekanalı məlumat verib.

 Yerli hökumətin hesablamalarına əsasən, Şimali Koreyadan Havay istiqamətində raket buraxıldığı təqdirdə, ada sakinlərinin sığınacaqlara çatmaq üçün 20 dəqiqəyədək vaxtları olacaq.

 Havay son 25 ildə nüvə hücumu haqqında xəbərdarlıq sistemini sınaqdan keçirən ilk ştatdır. Qeyd edək ki, Hayav adalarında Sakit okean komandanlığının əsas bazası daxil olmaqla, ABŞ-ın çox sayda hərbi obyektləri yerləşir. 




Ana səhifəyə qayıt        Baxış: 656          Tarix: 2-12-2017, 07:33      

Xəbəri paylaş


Paylaş:   

Prizma