Xəbər lenti

 Həbs edilən məşhur milyarder Valid bin Təlal bin Əbdüləziz Səudiyyə Ərəbistanı hakimiyyəti ilə sövdələşmədən imtina edib.

Axar.az xəbər verir ki, bu barədə informasiyanı ABŞ-ın CNBC televiziyası yayıb.

“Şahzadə ona qarşı yönəldilən ittihamları qəbul etmir və öz gəlirlərinin araşdırılması üçün beynəlxalq auditor şirkətlərinin yoxlamalara cəlb edilməsini tələb edir. O, israr edir ki, onun işini müstəqil ekspertlər və beynəlxalq məhkəmə instansiyaları araşdırsın”, – televiziyanın məlumatında bildirilir.

Qeyd edək ki, Valid bin Təlal noyabrın 7-də ittiham edilib. O, maliyyə maxinasiyaları və səlahiyyətlərindən sui-istifadədə günahlandırılır. Valid bin Təlalın həbsi onun şirkətlərinin səhmlərinin ucuzlaşmasına və 1 milyard dollar itirməsinə səbəb olub.

Həbs edilən şahzadələrdən böyük əksəriyyəti vəliəhd Məhəmməd bin Salmanla razılaşmaya gedərək, sərvətinin bir hissəsini büdcəyə keçirmək qarşılığında azadlığa çıxıb. M.Salman mediaya açıqlamasında bunun nəticəsində büdcəyə 100 milyard dollar qəbul edildiyini açıqlamışdı.




Ana səhifəyə qayıt        Baxış: 668          Tarix: 2-12-2017, 09:29      

Xəbəri paylaş


Paylaş:   

Prizma