Xəbər lenti

                                 

Rusiya prezidenti Vladimir Putin bildirib ki, Suriyanın demək olar ki, bütün ərazisi, o cümlədən xristianların tarixi yaşayış məskənləri terrorçulardan azad edilib. 

TASS xəbər verir ki, bunu o, yerli pravoslav kilsələrinin nümayəndə heyətlərinin rəhbərləri ilə görüşü zamanı deyib.
“Bu gün ərəb ölkəsində vəziyyət tədricən dəyişir, Suriya silahlı qüvvələri Rusiya hərbçilərinin dəstəyi ilə demək olar ki, bütün ölkə ərazisini, o cümlədən xristianların tarixən yaşadığı yerləri terrorçulardan azad ediblər”, – deyə Putin bildirib.
Dövlət başçısı həmçinin əlavə edib ki, Rusiya döyüşlər zamanı dağılmış müsəlman və yəhudilərə məxsus müqəddəs yerlərin bərpasına da köməklik göstərəcək.//Report




Ana səhifəyə qayıt        Baxış: 736          Tarix: 4-12-2017, 22:49      

Xəbəri paylaş


Paylaş:   

Prizma