Xəbər lenti

ABŞ-ın Rusiyadakı səfirindən Krım BƏYANATI

ABŞ Rusiyadakı yeni səfiri Con Xantsman Krımla bağlı Kremli pərt edəcək açıqlama verib.

Publika.az "RİA Novosti"yə istinadən xəbər verir ki, bu barədə ABŞ-ın Rusiyadakı səfiri Con Xantsman Krımı Ukraynanın ərazisi olduğunu deyib.

“Bu suala beynəlxalq hüquqla tanış istənilən insan cavab verə bilər: Krım Ukrayna ərazisidir. Rusiya-Amerika münasibətlərinin yaxşılaşması üçün Ukraynanın ərazi bütövlüyünün bərpası vacibdir”, - Tvitterdə dərc edilmiş videoyazıda Xantsman bildirib.

Dünən isə Vaşinqtonda Atlantik Şuranın iclasında çıxış edərkən ABŞ-ın dövlət katibi Reks Tillerson bildirib ki, ABŞ Krım məsələsini qayıdacaq.

“Biz Krım məsələsinə qayıdacağıq. Prezident Vladimir Putin aydın şəkildə bildirib ki, Krım məsələsi danışıqlarda müzakirə olmayacaq. Hansısa məqamda olacaq”.

Dövlət katibinin sözlərinə görə, hazırda əsas məsələ Ukraynanın şərqində zorakılığı dayandırmaqdır. Tillerson qeyd edib ki, AB Rusiyanın Ukraynaya müdaxiləsini qəbul etməyəcək.

“Sanksiyaların ləğvi üçün Moskva Ukraynaya müdaxiləyə son qoymalı və onun ərazi bütövlüyü bərpa etməlidir”, - ABŞ xarici siyasət idarəsinin başçısı vurğulayıb.




Ana səhifəyə qayıt        Baxış: 728          Tarix: 13-12-2017, 17:00      

Xəbəri paylaş


Paylaş:   

Prizma