"Ya Ruslar Kırımdan çıxacaq, ya da biz yox olacağıq!"
Ovqat.com xəbər verir ki, bu sözləri Krım Tatar Milli Məclisinin və Dünya Krım Tatar Konqresinin sədri Refat Çubarov Ukraynada yaşananları şərh edərkən deyib.
Krımın yenidən Ukraynaya bağlanması ilə əlaqədar fikirlərini dilə gətirən Çubarov bu istiqamətdə beynəlxalq fəaliyyətlərini ən yüksək səviyyəyə çatdırmağa çalışdıqlarını söyləyib. O, rus ilhaqının Krım tatarları üçün qəbuledilməz olduğunu vurğulayaraq bildirib:
"Ukrayna Krım xalqı və Krım tatarları üçün nə lazımdırsa, edir. 234 illik tariximizi, keçmişimizi yox edə bilmərik. 1783-ci ildə Krımın ilk işğalından sonra başımıza gətirilən bütün fəlakətlər Rusiya üzündən gəldi. Belə bir tarixi təcrübəmiz var. Eyni acıları yenidən yaşamamaq üçün Rusiyanın Krımı ən qısa zamanda tərk etməsi lazımdır. Biz bunun üçün əlimizdən gələni edəcəyik, çünki başqa bir şansımız, alternativimiz yoxdur".
Çubarov Kiyevdə NATO və BMT nümayəndələrinin keçirdikləri toplantılarda Rusiyaya qarşı sanksiya qərarları alındığını xatırlatsa da, Qərb ölkələrinin öz mövqelərində möhkəm dayanmadığını deyib.
O, həmçinin, Türkiyə ilə Ukrayna arasında ciddi əməkdaşlıq potensialının mövcudluğuna baxmayaraq, bunun istənilən səviyyədə olmadığından gileylənib.
Paylaş: