Xəbər lenti

ABŞ Konqresi vergi islahatını qəbul edib. Bu, amerikalıların öz vətənlərində mövcud olan yüksək vergi dərəcələri səbəbindən ofşor zonalarda saxladıqları 4 trilyon dollara yaxın vəsaitin ölkəyə qaytarılmasına imkan verəcək.

“Report”un xəbərinə görə, ABŞ prezidenti Donald Tramp iclas zamanı bildirib ki, indi bu pullar ölkəyə geri qayıda bilər.

Prezidentin fikrincə, bu pullar iş yerləri yaratmağa kömək edəcək və onları xərcləmək istəyən şirkətlərə daxil olacaq.

"Onlar pullarını burada xərcləmək istəyirlər, lakin bunu etməyə icazə vermirdilər", — deyə Tramp bildirib.




Ana səhifəyə qayıt        Baxış: 861          Tarix: 21-12-2017, 11:45      

Xəbəri paylaş


Paylaş:   

Prizma