Respublikaçılar ABŞ Konqresinin Nümayəndələr Palatasında genişmiqyaslı vergi islahatlarını nəzərdə tutan qanun layihəsinin qəbul edilməsinə nail olublar. Bu hadisə respublikaçıları vergi məcəlləsi formasını ilin sonunadək dəyişdirməyə yaxınlaşdırıb. Xatırladaq ki, ABŞ Prezidenti Donald Tramp respublikaçılardan ona Konqresin aşağı və yuxarı palatasından dekabrın sonunadək keçəcək vergi islahatı barədə qanun layihəsinin təqdim olunmasını xahiş etmişdi.
“Vergilərin azaldılması və iş yerlərinin yaradılması barədə akt” adlı qanun layihəsi Senatda qəbul edilərsə və Prezident Donald Tramp tərəfindən imzalanarsa, növbəti 10 il ərzində federal defisitə təxminən 1,4 trilyon ABŞ dolları əlavə olunacaq.
Azərtac xəbər verir ki, qanun layihəsi gəlir vergisi şkalasını yeddi mərhələdən üçə salmağı və korporativ vergi normasının 20 faizədək azaldılmasını nəzərdə tutur.
Ağ Ev qanun layihəsinin Nümayəndələr Palatası tərəfindən qəbul olunmasını bəyənib və təqdim olunan islahatın aşağı gəliri olan ailələr və ABŞ-da fəaliyyət göstərən şirkətlər üçün əhəmiyyətini qeyd edib(azərtac).
Paylaş: