Xəbər lenti

Liviyada 1000 nəfər qadından ibarət terrorçu qruplaşma fəaliyyət göstərir.

Bu barədə məlumat verən “Pars to day” saytı yazır ki, qruplaşmaya daxil olan 300 qadın Tunisdəndir. Qalanları isə Avstraliya, Belçika, Fransa, Böyük Britaniya, Misir, Çad və Afrikanın digər ölkələrindən gəliblər.

ABŞ-ın terror araşdırmaları analitik mərkəzinin məlumatlarına əsaslanan sayt bildirir ki, İŞİD terror təşkilatının taktikası ilə hərəkət edən qadınlar Liviyada baş kəsir, insanları diri-diri yandırır və bu kimi terror aksiyaları həyata keçirirlər. Terrorçu qadınların çoxu hərbi əməliyyatlar zamanı həlak olan İŞİD üzvlərinin həyat yoldaşlarıdır. Onlar asanlıqla Liviya və Tunis qadınlarını da öz sıralarına cəlb edə bilirlər. Qadınlar öz övladları ilə yanaşı, silahlı toqquşmalar zamanı valideynlərini itirmiş uşaqları da terrorçu ruhunda böyüdür, onlara silahla davranmağı öyrədirlər.

Diqqətə çatdırılır ki, iqtisadi vəziyyətin həddən artıq pis olması, yoxsulluq terrorçu qadınların sıralarının genişlənməsi üçün stimul yaradır. Ümidini hər yerdən üzən dul və yoxsul qadınlar terrorçulara qoşularaq yaşamağa çalışırlar(azərtac).




Ana səhifəyə qayıt        Baxış: 619          Tarix: 24-01-2018, 12:37      

Xəbəri paylaş


Paylaş:   

Prizma