Xəbər lenti

Hollandiyada Nordeinde Sarayının qarşısındakı binada Türkiyənin bayraqları asılıb.

Ovqat.com Teleqraf.com istinadən xəbər verir ki, Kral Villem-Aleksandranın ofisinin qarşısındakı binanın türk bayraqları ilə bəzədilməsi Hollandiya mediasının əsas müzakirə mövzusudur.

Xəbərə görə, şəhərin ən gözəl məkanlarından olan Nordeində yerləşən və türk bayraqları ilə bəzədilən binanın sahibi 38 yaşındakı Bobbu Brasdır. Bras uzun müddətdir ki, bələdiyyə ilə çəkişmə aparır. Bayraqların da məhz Bobbi Bras tərəfindən bu çəkişmə ilə əlaqədar asıldığı bildirilir.

Artıq məsələyə siyasi qüvvələr də reaksiya verməyə başlayıb. Den Hagg Partiyası Kral sarayının qarşısındakı binadan asılan türk bayraqlarının insanları qıcıqlanmasına səbəb olacağı üçün yığışdırılmasını istəyib.

 




Ana səhifəyə qayıt        Baxış: 1 057          Tarix: 11-05-2017, 15:04      

Xəbəri paylaş


Paylaş:   

Prizma