Fransanın xarici işlər naziri martın 5-də Tehrana gedib.
Jan-İves Le Drianın səfəri ilkin olaraq yanvara planlaşdırılmışdı. Amma İranın bir çox şəhərlərində etirazlar baş qaldırdığından ertələndi. Rəsmi məlumata görə, Le Drian səfər zamanı prezident Həsən Ruhani, xarici işlər naziri Məhəmməd Cavad Zəriflə görüşəcək, “ikitərəfli, regional və beynəlxalq məsələlər”i müzakirə edəcək.
2015-ci il nüvə sazişi İrana beynəlxalq sanksiyaların yüngülləşdirilməsi əvəzində Tehranın nüvə fəaliyyətinin məhdudlaşdırılmasını nəzərdə tutur. Hazırda sazişin taleyi sarıdan narahatlıq var. Belə ABŞ prezidenti Donald Tramp ötən il deyib ki, sənəddəki qüsurlar “düzəldilməyincə” ondan çıxacaq.
Fransa Xarici İşlər Nazirliyindən “Frans Pres” agentliyinə deyiblər ki, Le Drian Tehrana “Donald Trampın emissarı olmadığını” deyib. Amma Le Drian Tehrana onu da bildirib ki, ya ballistik raket proqramıyla bağlı narahatlıqları yoluna qoymalıdır, ya da yeni sanksiyalarla üzləşə bilər.
strateq.az
Paylaş: