Xəbər lenti

Xəbər verdiyimiz kimi, dünən axşam ABŞ Türkiyənin paytaxtı Ankaradakı səfirliyini bağlayıb.

Rəsmi Vaşinqton bəyan edib ki, təhlükəsizlik səbəbi ilə Ankaradakı səfirliyi bağlamaq qərarı verilib: "Qərar bir günlükdür. Səbəb isə təhlükəsizliklə əlaqəlidir".

Vaşinqtonun bu radikal qərarından sonra rəsmi Ankara hərəkətə keçib.

Strateq.az bildirir ki, Türkiyə polisi bu gün səhərdən etibarən şəhərdə İŞİD şübhəlilərinə qarşı əməliyyata başlayıb: "20 şübhəli haqda həbs qərarı çıxarılıb, onlardan 12-si yaxalanıb".

Ankara valiliyindən verilən məlumata görə, ABŞ səfirliyi və bu ölkənin Türkiyədə olan bütün vətəndaşları ilə bağlı təhlükəsizlik tədbirləri artırılıb: "Kəşfiyyat qurumlarımız ABŞ qaynaqlarından daxil olan məlumat əsasında səfirlik və Amerika vətəndaşlarının olduğu yerlərə qarşı ehtimal olunan terror təhlükəsinə yönəlik tədbirləri gücləndirib. Bütün nöqtələr bir daha diqqətlə nəzərdən keçirilib, əlavə təhlükəsizlik tədbirləri alınıb".

Strateq.az

 




Ana səhifəyə qayıt        Baxış: 492          Tarix: 5-03-2018, 14:57      

Xəbəri paylaş


Paylaş:   

Prizma