Xəbər lenti

 ABŞ-la Türkiyə arasında viza böhranı həll edildi.

Axar.az xəbər verir ki, bu barədə ABŞ-ın Türkiyədəki səfirliyi məlumat yayıb.

Bildirilib ki, Türkiyə vətəndaşlarının viza müraciətləri ilə bağlı məhdudiyyətlər aradan qaldırıb:

“ABŞ-ın Türkiyədəki konsul və səfirliyində çalışan diplomatlara qarşı hər hansı başqa bir istintaqın aparılmaması ilə yüksək vəzifəli Türkiyə rəsmisindən zəmanət aldıq".

Xatırladaq ki, ABŞ-ın İstanbuldakı Baş Konsulluğunun əməkdaşı Metin Topuzun FETÖ ilə əlbir olmaqda təqsirli bilinərək həbs edilməsi ilə əlaqədar ABŞ-ın Türkiyədəki səfirliyi oktyabrın 8-də Türkiyə vətəndaşlarına viza verilməsini dayandırıb. Buna cavab olaraq oktyabrın 9-da Türkiyənin ABŞ-dakı səfirliyi ABŞ vətəndaşlarına viza verilməsini dayandırıb.

***

Türkiyənin hökuməti danışıqlara heç bir zəmanət verməyib.

Bu barədə Türkiyənin ABŞ-dakı səfirliyi məlumat yayıb.

“Oktyabr ayından bəri ABŞ-ın Türkiyə nümayəndəliklərində xidmət edən əməkdaşlarına qarşı heç bir başqa istintaq cəhdindən söhbət gedə bilməz. Türkiyə hüquq dövlətidir. Məhkəmə prosesi və rəsmi sənədləşmələrlə bağlı Türkiyə hökuməti heç bir zəmanət verməyib. Heç bir ABŞ diplomatı vəzifəsinin icrası səbəbi ilə istintaqa cəlb edilməyib. ABŞ-ın Türkiyədən zəmanət aldığını deyərək, hər iki ölkənin ictimaiyyətinin yanlış məlumatlandırılmasını doğru hesab etmirik”, - məlumatda bildirilib.




Ana səhifəyə qayıt        Baxış: 637          Tarix: 28-12-2017, 19:43      

Xəbəri paylaş


Paylaş:   

Prizma