Xəbər lenti

 “Afrində keçirdiyimiz "Zeytun budağı" əməliyyatı nəticəsində bir mülki şəxsin belə burnu qanamayıb”.

Bunu Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğan hakim Ədalət və İnkişaf Partiyasının parlamentdəki fraksiyasının genişləndirilmiş toplantısında bildirib.

Dövlət başçısı deyib ki, Türkiyənin İŞİD, PKK/PYD-YPG-yə qarşı mübarizəsi bir çox adamın iç üzünü aşkara çıxardı: "Necə olur ki, ABŞ dünyanın hər yerində öz milli təhlükəsizliyini müdafiə edir. Heç kim ABŞ-dan soruşmur ki, neçə ildir burada nə gəzirsiniz? 10 min km-dən çox məsafəni qət edib bura gəlirsiniz. Ancaq biz Suriya ilə 911 km uzunluğunda sərhədimizin təhlükəsizliyini təmin etməməliyik?!".

R.T.Ərdoğan Qərb dövlətlərini qaçqınlara yardım göstərməməkdə ittiham edib:"Hansınız qaçqınların batan qayıqlarını xilas etmisiniz? Bunu biz etmişik. Biz “Bir canı xilas etmək insanlığı xilas etməkdir” deyirik. Bu, bizim etiqadımızdan irəli gəlir. Siz isə öz rahatlığınızdan əl çəkmirsiniz. 

Siz insanları aldadırsınız. Biz dünyanın 5-dən böyük olduğunu boşuna demirik (BMT Təhlükəsizlik Şurasının 5 daimi üzvü olan ABŞ, Rusiya, Çin, Fransa, Böyük Britaniya). II Dünya müharibəsindən sonra 5 dövlət deyir ki, dünyanı biz idarə edəcəyik və biz nə desək, o da olacaq. Bunun qarşısında heç bir dövlətin lideri danışmır. Nə yaxşı ki, Qüds məsələsində dövlətlər səsini çıxartdı və mövqelərini ortaya qoydular. Bunu dünya 5-dən böyükdür məsələsində də ortaya qoymaq lazımdır. Onların topu, hərbi texnikası, bizim də Allahımız var.

Güya biz müttəfiqik, NATO-ya üzvük. Bəs nə oldu? Onların hədəfinin Türkiyə olduğu çox açıqdır. Biz bunu onların üzünə vururuq və bunu davam etdirəcəyik. Bizə artıq kimin nə dediyi deyil, nə etdiyi maraqlandırır. Ona görə də konkret əməl olmayan işlərin bizim üçün əhəmiyyəti yoxdur. İllərdir ölkə daxilində bizə qarşı fəaliyyət göstərənlər indi də sərhədlərimiz xaricindən təhlükə yaradırlar. Heç bir güc bizi özümüzü müdafiə etməkdən çəkindirə bilməz. Biz belə bir güc tanımırıq.

Yunanıstanın “S-300” zenit-raket kompleksi var, ancaq heç bir səs çıxarmayacaqsan. Türkiyə sizdən istəyəndə ona həmin texnikanı verməyib Rusiyadan “S-400” alanda “bu yanlışdır” deyib sanksiya tətbiq edə biləcəyinizi söyləyəcəksiniz. Bu məsələdə öz hədəflərimizə doğru irəliləyəcəyik".

Report

 




Ana səhifəyə qayıt        Baxış: 564          Tarix: 6-03-2018, 17:26      

Xəbəri paylaş


Paylaş:   

Prizma