Xəbər lenti

"Noviçok" zəhərinin icad edən kimyaçı Vil Mirzəyanov

 

Vladimir Dorofeyev

EADaily.com, 14.03.2018


QRU-nun keçmiş polkovniki Sergey Skripal və qızı Yuliyanın zəhərlənməsində Rusiya xüsusi xidmətlərinin əli var, çünki onların zəhərləndiyi “Noviçok” (burada: yeni dərman-tərc.) dərmanı ancaq Rusiyada istehsal olunur. Bu haqda Britaniyanın “The Telegraph” nəşrinə keçmiş sovet kimyaçısı, 1996-da ABŞ-a mühacirət etmiş 83 yaşlı Vil Mirzəyanov bildirib. Mirzəyanovun sözlərinə görə, “Noviçok” xarici analoqlardan on dəfə effektli hərbi zəhərləyici maddədir (HZM), bu dərmanın hətta bir neçə damcısı xeyli sayda adam üçün ölümcül təhlükə törədə bilər. Kimyaçı deyib: “Yay vaxtı cəmi iki qram 500 nəfəri öldürməyə bəs edər”.

Mirzəyanov habelə narahatlıq ifadə edib ki, Skripal və qızına görə səpilən “Noviçok” Solsberinin qalan sakinlərinə ziyan verəcək. Sergey və Yuliya Skripallar hələlik sağ və reanimasiyada olsalar da, Mirzəyanov hesab edir ki, onlar faktiki ölüdürlər. Kimyaçı bildirib: “Bu adam (Skripal) və qızı praktik olaraq həlak olublar. Hətta sağ qalıblarsa da, artıq əvvəlki kimi olmayacaqlar” və əlavə edib ki, “Noviçok”a qarşı çarə yoxdur.

Mirzəyanov Solsberidəki zəhərlənmə barədə Britaniya baş naziri Tereza Meyin mövqeyi ilə razılaşaraq deyib: “Bunu ancaq Rusiya edə bilərdi. Onlar (Rusiya xüsusi xidmətləri-EADaily) onu diplomatik baqajda hara istəsə, göndərə bilər”.

Kimyaçı sonra danışıb ki, ölümcül “Noviçok” istənilən təsərrüfat mağazasından almaq mümkün olan ziyansız maddələrdən ibarətdir. Öldürücü effekt bu maddələri qarışdıranda alınır. Kimyaçının dediyi kimi, HZM formulu məxfiləşdirilib və yalnız Rusiya xüsusi xidmətlərinə məlumdur.

Mirzəyanov şok etirafları “Telegraph”-a Nyu-Cersidəki evindən edib. Mühacir kimyaçı, təxminən, elə bu vaxt Britaniyanın “Daily Mail” nəşrinə “Solsberidəki hücum”un daha geniş versiyasını nağıl edərək bəyan edib ki, Skripal və qızının qətlini şəxsən Rusiya prezidenti Vladimir Putin “sifariş” verib. “Putin düşünür ki, öz düşmənlərini hər yerdə öldürə bilər. Onlar istənilən opponentə qarşı dözümsüzdürlər”.

Kimyaçının sözlərinə görə, “Solsberidəki hücum Rusiyanın terrorçu ölkə olduğunun əyani sərgisidir”. Mirzəyanov deyib ki, Rusiya hökuməti Skripalın nümunəsində Rusiya xüsusi xidmətlərinin fəaliyyətindən xəbərdar adamlara göstərir ki, “onları da həmin aqibət gözləyir”.

Mizəyanov “Daily Mail”-ə müsahibədə danışıb ki, “Noviçok”-un dörd növü var.  Bu zəhəri hazır halda havada praktik hiss olunmayan və qurbanın tənəffüs yollarına asanlıqla düşən aerozol təmsil edir. Mirzəyanovun dediyi kimi, “Noviçok” baş beyində sinir reseptorlarına nəzarət edən fermentlərin qarşısının alınması yoluyla öldürür. “Bu, əsil işgəncədir. Zəhər qıcolma törədərək iflic edir. Nəfəs ala bilmir, sonra isə ölürsünüz. Kiçik dozalar zamanı əzablar bir neçə həftə çəkə bilər”.

Qeyd etmək gərəkdir ki, Mirzəyanov guya Rusiyada bütün “sivil dünya” üçün hazırlanmış HZM haqda dəhşətləri britaniyalılara işbilən kimi nağıl edib. Amma mühacir kimyaçı həyasızcasına yalan danışıb ki, “Noviçok”un formulu ancaq Rusiya xüsusi xidmətlərinə məlumdur. Mizəyanov 2018-ci il martın 12-də öz facebook-unda yazıb: “Tereza Mey bildirib ki, Skripala sui-qəsd üçün “Noviçok” işlədilib”.

Və dərhal qürrələnib: “Onun kimyəvi formulu təkcə mənim kitabımda dərc edilib”.

Mirzəyanov habelə Britaniya KİV-lərinə deyib ki, “Noviçok”u “Moskvanın 50 milliyində” icad ediblər. Əslində, bu məsafə 954 km-dir. Bura Saratov vilayətində Şixanı şəhərindəki sovet dövründə xarici texniki kəşfiyyatlara qarşı əks-fəaliyyətlə məşğul olan Dövlət üzvi kimya və texnolgiyalar Elmi Tədqiqat İnstitutudur (DÜKTETİ). 1986-1990-cı illərdə bu şöbənin rəisi vəzifəsini icra edən şəxs sovet dövlətinin “Foliant” məxfi proqramına yaxın buraxdığı Vil Sultanoviç  Mirzəyanovun özü idi. Mirzəyanov “Noviçok”u şəxsən hazırlayıb və “Noviçok” işgüzar adıyla sınaqdan keçirib. Bu zəhər Qərb kəşfiyyatlarının malik olduğu analoqları üstələməliydi. Və ən önəmlisi – sovet xüsusi xidmətləri tərəfindən parktikada heç vaxt işlədilməyib. O dövrdə Qərb kəşfiyyatları bu sahədə SSRİ-i üstələyirdi və SSRİ KQB-i raketçilərin “nüvə balansı” dediyinə nail olub. Mirzəyanovun “Noviçok” üzrə yüksək dərəcədə məxfi materiallara əli yetirdi…

Bir qədər peşəkar zəhərçinin tərcümeyi-halı haqda. Özlüyündə aydındır ki, Mirzəyanov Sov.İKP üzvüydü, lakin 1989-cu ildə “yenidənqurmaçılar”a qoşularkən partbiletini yandırıb. 1991-in avqustunda Boris Yeltsini dəstəkləyib. Moskvanın “Куранты” qəzeti 1991-in oktyabrında Mirzəyanovun “İnversiya”məqaləsini dərc edib. Müəllif keçmiş doğma ETİ-nin məxfi çalışmalarının materiallarını ortaya qoyub. 1992-nin sentyabrında Mirzəyanovun “Московские новости”-də daha bir məqaləsi çıxıb – “Zəhərlənmiş siyasət”. Keçmiş sovet kimyaçısı onda “Foliant” proqramı və “Noviçok” HZM ailəsi haqda ayrıntılı danışıb. Dövlət sirrini açdığına görə Mirzəyanov barədə cinayət işi açıblar və “Lefortovo”nun istintaq təcridxanasına salıblar. Lakin 1994-də cinayət işini dayandırıb Mirzəyanovu azadlığa buraxıblar, 1996-da isə ABŞ-a mühacirət etməyə icazə veriblər.  Mirzəyanov tatar millətçi-separatçı resurslarına danışıb: “Mənim həbsim bütün dünyada alimlər, siyasətçilər və qanunvericilər arasında etiraz hərəkatı doğurdu. Corc Soros özəl ismarıcında bildirdi ki, “… ədalətsizcəsinə təqib edilən alim Vil Mirzəyanov azad edilməsə, Rusiyanın elm müəssisələrinə göstərdiyim yardımı kəsəcəyəm”. O ili onun yardımı 400 milyon dollar təşkil edirdi”, – deyə Mirzəyanov “Татарская газета”-ya lovğalanıb.

Mirzəyanov Amerikaya çatan kimi Prinston universitetində professor vəzifəsi alıb. SSRİ-dən ABŞ-a mühacirət edən başqaları o zaman gözətçi və ya taksiçi düzəlməyi bəxtəvərlik sayırdılar…

Qeyd edək ki, Mirzəyanov həm də “Tatarıstan Respublikasının sürgündəki prezidenti” sayılır…

Tərcümə Strateq.az-ındır.

 




Ana səhifəyə qayıt        Baxış: 667          Tarix: 15-03-2018, 17:19      

Xəbəri paylaş


Paylaş:   

Prizma