Xəbər lenti

“Türkiyə Suriya torpaqlarını öz ərazisinə qatmağa hazırlaşmır”.

Bunu Türkiyə Baş nazirinin müavini Bəkir Bozdağ bəyan edib.

B.Bozdağ bildirib ki, Türkiyə Silahlı Qüvvələrinin Suriyada olması işğal anlamına gəlmir və təhlükəsizliyi təmin etməyə, terrorçuluqla mübarizəyə yönəlib: “Rəsmi Ankara anlayır ki, Suriyada mövcud olan bir sıra problemlər yalnız siyasi yolla həll olunmalıdır”/Trend.

Qeyd edək ki, ötən gün Rusiya xarici işlər naziri Lavrov Afrinin artıq Suriya hökumətinə təhvil verilməsinin vaxtını çatdığını açıqlayıb. O, bildirib ki, Türkiyə Afrində artıq məqsədinə nail olub: “Ona görə də Afrini sahiblərinə geri qaytarmalıdır”. 

Xatırladaq ki, yanvarın 20-də Türkiyə Silahlı Qüvvələrinin PYD, YPG və İŞİD terror qruplaşmalarına qarşı başladığı “Zeytun budağı” əməliyyatı çərçivəsində Suriyanın Afrin bölgəsi martın 18-də terrorçulardan azad olunub.

Strateq.az

 




Ana səhifəyə qayıt        Baxış: 859          Tarix: 10-04-2018, 15:26      

Xəbəri paylaş


Paylaş:   

Prizma