Xəbər lenti

Ceymi Maksvell

Əl-Cəzirə

 

2016-cı ilin iyun ayında Britaniyanın Aİ-dən ayrılmasına dair səsvermədən (“Brexit”) sonra Şotlandiya müstəqilliyin bir addımlığında idi.

Şotlandiya 24 ballıq fərqlə (62%) “Brexit”in əleyhinə çıxıb. Bu, Şotlandiya Milli Partiyasının (SNP) lideri Nikola Sturceonu – Edinburqdakı yarımuxtar hökumətin rəhbərini Böyük Britaniyadan ayrılmaya dair referenduma hazırlamağa sövq edib.

Müstəqilliyə dəstək artırdı. Londonla 310 illik birliyin coşğusu boğulurdu.

Amma o vaxtdan bəri Şotlandiyanın birinci naziri üsyançı strategiyadan geri çəkilməyə məcbur edilib. Milliyyətçi əhval-ruhiyyə öləziyib. SNP keçən iyun ayında keçirilmiş ümumi seçkilərdə 56 deputat mandatından 21-ini itirib.

2014-cü ildəki ilk müstəqillik referendumunun təkrarlanması (əhalinin 55%-i Böyük Britaniyanın bir hissəsi olaraq qalmağı üstün tutmuşdu) qeyri-müəyyən müddətə təxirə salınıb.

Növbəti müstəqillik referendumu nə vaxt keçiriləcəyi və onda necə qalib gəlinicəyinə dair sual indi Şotlandiyanın milliyyətçi hərəkatının sıralarında getdikcə daha çox acınacaqlı bir bölünmə mənbəyidir.

Ötən həftə SNP-nin ən uzunmüddətli millət vəkili Pit Vişart müstəqillik tərəfdarlarını (“indyref2”) tələbləri ilə bağlı səbirli olmağa çağırıb. O, yeni referendumun, Kvebekdəki separatçı kampaniya kimi, Şotlandiya millətçiliyi üçün də məğlubiyyətlə bitəcəyinə dair xəbərdarlıq edib.

“Kvebekdən alınan dərs – məğlub durumlu ikinci referendumun müstəqilliyi onilliklərlə uzaqlaşdıra  bilər, – deyə Vişart “Twitter”də yazıb. – “Hərəkatın bərpa olunacağına da heç bir zəmanət yoxdur”.

Vİşarta onlayn cavab amansız olub.

SNP fəalları Vişarta qarşı həmləyə keçib, onu Şotlandiyanın müstəqilliyi əleyhinə olan lobbiçi qrupun “poster oğlanı” kimi damğalayıblar.

Bir çox yüksəl vəzifəli millətçinin fikrincə, yeni referendum üçün pəncərə sürətlə bağlanır. Onlar sorğu anketlərinə istinad edirlər.

Şotlandiyanın iki əsas müstəqillik tərəfdarı partiyası olan SNP və “Yaşıllar” 2021-ci ildə, növbəti seçkilərdə Şotlandiya parlamenti və hökumətdə əksəriyyəti itirməmək üçün əllərindən gələni edirlər.

Amma Sturceon Böyük Britaniyanın Aİ-dən rəsmi olaraq 2019-cu ilin mart ayında çıxışından sonra, ya da daha əvvəl müstəqilliyə səs verməyə çağırır.

SNP-nin millət vəkilliyinə namizədi olan Kris MakEleni bu həftə deyib: “Şotlandiyada qəbul edilən qərarlar Şotlandiya üçün daha yaxşı qərarlardır. Buna görə də önümüzdəki 18 ay içərisində müstəqilliyimizə dair referendum keçirilməlidir”.

Əslində, əgər Sturgcon bir səs-küylü sorğuda qumar oynamaq qərarına gələrsə, hazırkı dönəm millətçi qələbənin şərtləri üçün əlverişli deyil.

İlk növbədə, Şotlandiya seçiciləri Şotlandiyanın konstitusion statusunun yenilənməsinə tələsmirlər. Son sorğunun nəticələrinə görə, şotlandların təxminən 60 faizi önümüzdəki illərdə referendum keçirilməsinə qarşı çıxır. Şotlandiyanın yalnız 30 faizi müstəqilliyin növbəti 10-20 il ərzində baş verməsini gözləyir.

İkincisi, bu hərəkət, şübhəsiz ki, Vestminsterdə hüquqi bir çağırışa səbəb olacaq və bu, aylardır Sotlandiya siyasətçiləri ilə ingilis hakimiyyət orqanları arasındakı Katalan stilli qarşıdurmanın qarşısını ala bilər.

Üçüncüsü və ən başlıcası, seçicilər arasında “Brexit”ə qarşı davamlı əleyhdarlığın çox az əlaməti var.

“Brexit” İngiltərənin iqtisadi sağlamlığına təhdid olsa da, Tereza Meyin “Brexit” danışıqlarını ləngitməsi ilə yanaşı, müstəqilliyə dəstək verilməsi – Şotlandiyanın Avropa İttifaqının üzvlüyündə saxlaya biləcək yeganə siyasi mexanizm 45 faizlik civardadır və bu göstərici 2014-cü ilin sentyabrında qeydə alınıb.

Bu fakt “Brexit”lə mübarizə aparmaq üçün SNP qarşısında duran əsas problemi göstərir: şotlandlar Böyük Britaniyanın digər bölgələrindəki insanlardan daha çox Aİ-pərəst ola bilər, ancaq müəyyən məqama qədər. Əgər onlar suverenliyi Brüssellə və ya Londonla bölüşmək arasında seçim etmək məcburiyyətində qalırsa, bütün mövcud sübutlar onların Londonu daha təhlükəsiz və daha tanış seçimi olacağını göstərir, hətta bu, siyasi və iqtisadi qeyri-müəyyənliyin artması ilə nəticələnsə belə.

Hərəkətsizliklə əlaqəli risklər var.

Vestminster Brüsseldən ayrıldıqdan sonra yenidən Şotlandiya parlamentinə qayıtmalı səlahiyyətlərə yiyələnməyə çalışır. Əlbəttə, SNP-nin şotland seçki mənzərəsini idarə etməsi sonsuza qədər davam etməyəcək. Üstəlik, Ceremi Korbinin ötən il nümayiş etdirdiyi gözlənilməz uğuru kimi, ictimaiyyətin davranışları anidən kəskin şəkildə dəyişə bilər.

Ancaq bu düşüncələr onilliklər ərzində iki müstəqillik referendumunun məğlubiyyəti ehtimalı ilə qarşılaşdırılmalıdır. Daxili gərginliyi nəzərə alaraq, Şotlandiya millətçiliyi demək olar ki, bundan xilas ola bilməz.

Nikola Sturceon üçün istehza budur ki, “Brexit”ə qarşı mübarizə apara-apara o da müstəqilliyə həsrət qalacaq.

 

Tərcümə: Strateq.az

 




Ana səhifəyə qayıt        Baxış: 713          Tarix: 14-04-2018, 14:53      

Xəbəri paylaş


Paylaş:   

Prizma