Xəbər lenti

 Brüsseldə toplaşan Aİ liderləri Britaniyanın ittifaqdan çıxması ilə bağlı Brexit danışıqlarına dair vahid strategiyanı razılaşdırıblar.

Şənbə günü keçirilən toplantıda müvafiq qərarın bir dəqiqə ərzində təsdiqləndiyi bildirilir.

Danışıqlar strategiyasının layihəsi martın 31-də təqdim olunmuşdu.

27 üzv ölkənin qatıldığı toplantıya sədrlik edən Avropa İttifaqı Şurasının prezidenti Donald Tusk tvitində bildirir ki, danışıqlar üçün "sərt və ədalətli siyasi mandat" hazırdı.

Strategiyanın yekdilliklə təsdiqlənməsi barədə elan toplantı zalında alqışla qarşılanıb, Aİ rəsmiləri bildirir.

Britaniyanın Aİ-dən çıxmasına dair danışıqlar 8 iyuna təyin olunub.

Onlar 2019-ci ilin mart ayına kimi sona çatmalıdır.

Aİ-dən çıxmaq barədə qərar 2016-ci ildə keçirilən referendumun nəticələrinə əsaslanır.

Brexit qərarını seçicilərin 51,9 faizi dəstəkləyib.

Mart ayında Brexit haqqında qanun Böyük Britaniya kraliçası və ölkə parlamentinin təsdiqini qazanıb.

Brexit prosesi Aİ Şurasının prezidentinə Aİ-dən çıxmaq barədə rəsmi müraciətin təqdimatı ilə işə salınır.

Lissabon müqaviləsinə görə, Aİ-dən çıxmaq prosesinə iki illik müddət ayrılır.

Qarşılıqlı razılaşma əsasında bu müddət uzadıla bilər (BBC).




Ana səhifəyə qayıt        Baxış: 762          Tarix: 29-04-2017, 21:42      

Xəbəri paylaş


Paylaş:   

Prizma