Xəbər lenti
Bu gün, 19:03
Bu gün, 12:08
Bu gün, 09:52
Dünən, 16:00
12-02-2026, 19:03
12-02-2026, 18:21
12-02-2026, 14:34
12-02-2026, 10:23
11-02-2026, 18:10
11-02-2026, 17:50
11-02-2026, 16:15
11-02-2026, 13:59
11-02-2026, 11:23
11-02-2026, 10:30

ABŞ və Cənubi Koreya, Donald Tramp və KXDR lideri Kim Çen In arasında keçiriləcək görüş ərəfəsində Pxenyanın narazılığına səbəb olan birgə hərbi təlimlərini dayandırıblar.
APA-nın məlumatına görə, bu barədə “The Wall Street Journal” qəzeti amerikalı yüksək rütbəli şəxslərə istinadən yazıb.
Məlumata əsasən, təlimlər rəsmi Seulun təşəbbüsü ilə dayandırılıb. Cənubi Koreya rəhbərliyi ABŞ-KXDR sammiti ərəfəsində təlimlərin keçirilməsinin yarımadada gərginliyin artmasına səbəb ola biləcəyindən narahatlığını ifadə edib.
Bundan əvvəl KXDR Cənubi Koreya ilə mayın 16-na planlaşdırılmış yüksək səviyyəli danışıqlardan imtina edib. Rəsmi Pxenyan həmçinin ABŞ-la planlaşdırılmış birgə sammitdən də imtina edəcəyi ilə hədələyib.
Xəbəri paylaş
Paylaş:
Bənzər məqalələr
Seçilənlər
Prizma
Söhbət
Video




























