Xəbər lenti

 Cənubi Koreya Koreya Xalq Demokratik Respublikasına Koreya yarımadasında gərginliyin azaldılması üçün hərbi nümayəndələr arasında danışıqların aparılmasını təklif edib.

"Report" BBC-yə istinadən xəbər verir ki, iki ölkə arasında dialoqun bərpası ideyasını Cənubi Koreya prezidenti Mun Çje İn Almaniyaya səfəri zamanı irəli sürüb.

Əgər rəsmi Pxenyan təklifə müsbət cavab versə, danışıqlar iki dövlət arasında demilitarizasiya zonasında keçiriləcək.

Cənubi Koreya Müdafiə Nazirliyinin nümayəndələri bildiriblər ki, KXDR tərəfindən müsbət cavaba ümid edirlər.

Ehtimal olunur ki, hərbi danışıqlar iyulun 21-də keçiriləcək. Rəsmi Seul həmçinin Beynəlxalq Qırmızı Xaç Komitəsinin xətti ilə dialoqu bərpa etmək təklifini irəli sürüb. 




Ana səhifəyə qayıt        Baxış: 934          Tarix: 17-07-2017, 11:16      

Xəbəri paylaş


Paylaş:   

Prizma