Rusiya prezidenti Vladimir Putin mayın 24-də Sankt Peterburqda fransalı həmkarı Emmanuel Makronla görüşəcək. Strateq.az azadlıq.org-a istinadən xəbər verir ki, tərəflər İranla nüvə sazişini, eləcə də Suriya və Ukrayna münaqişələrini müzakirə edəcəklər. Bu, Makronun prezident kimi Rusiyaya ilk səfəridir. Onlar ötən il, Makronun andiçməsindən bir neçəhəftə sonra Fransada görüşmüşdülər. Hazırda Avropayla Moskva İranla 2015-ci ildə imzalanmış nüvə sazişini xilas etməyə çalışır. Birləşmiş Ştatlar sənəddən çıxandan sonra onun iflası təhlükəsi yaranıb.
Ukrayna və Suriya məsələlərində isə Rusiyayla AB ölkələri əks mövqedədirlər və son illər münasibətləri pisləşib. Digər gərginlik mənbələri Moskvanın başqa ölkələrdə seçkilərə iddia olunan müdaxiləsi, Britaniyada rusiyalı keçmiş casusun zəhərlənməsidir. Britaniya həmin insidentə görə Rusiyanı ittiham edib, Moskva isə ittihamları rədd edib.
Paylaş: