Xəbər lenti

ABŞ prezidenti Donald Trampın Konqresdəki respublikaçı müttəfiqləri Çinin ZTE telekommunikasiya nəhəngiylə bağlı sövdələşməsini bloklamağa hazırlaşır. Həmin sövdələşmə şirkətin ABŞ-ın İran sanksiyalarını pozmasına görə daha 1 milyard dollar ödəyərək biznesini bərpa etməsini nəzərdə tutur. Şirkət menecmenti dəyişərsə, Birləşmiş Ştatlardakı təchizatçılardan avadanlıq da ala biləcək.

Konqresmenlər iyunun 11-də deyiblər ki, hər iki razılaşmanın önlənməsini nəzərdə tutan qanun layihəsini bu həftə səsə qoyacaq.

Çin şirkəti Şimali Koreya və İrana həssas avadanlıq satmaqla ABŞ sanksiyalarını pozmaqda suçlanır. Ötən həftə Trump Çin və ZTE ilə razılaşma əldə olunduğunu bildirdi, ancaq senat liderləri dərhal buna qarşı çıxdı.

Demokrat və respublikaçı konqresmenlərin fikrincə, ZTE-nin İrana satdıqları ABŞ-ın milli təhlükəsizliyinə xüsusi hədə yaradır.

(Azadlıq radiosu)

 




Ana səhifəyə qayıt        Baxış: 280          Tarix: 12-06-2018, 16:35      

Xəbəri paylaş


Paylaş:   

Prizma