Xəbər lenti

"Reina" terrorçusu Maşaripovun sirr saxladığı kod adı Əbu Xaliq olan Xasan Qulomov tutulub.  Yeni il gecəsi İstanbulda "Reina" klubunda öldürülən 39 nəfərin qətliylə bağlı istintaq davam edir. "Reina" terrorunu törədən Maşaripovun yaxın adamlarından olan kritik bir ad da həbs edilib. Başakşehirdəki bir evdə tutulan şübhəli Xasan Qulomovun İŞİD-də Əbu Xaliq kod adını istifadə etdiyi təsbit edilib. Qulomov Hataydan Halit Abbdullah adında düzəldilmiş saxta pasport ilə Türkiyəyə daxil olduğu məlum olub.

4 min 378 dollar ələ keçirildi 

Qulomovun tutulduğu evdə edilən axtarışda 12 ədəd AK-47 "Kalaşnikov" ələ keçirilib. Axtarışlarda silahlarla yanaşı 4 min 378 ABŞ dolları, 3 min İsveç kronu aşkar edilib. İstintaq çərçivəsində Maşaripovun qaçışı və gizlənilməsində əsas rol oynayan "Danyelik" kod adlı bir şübhəli də müəyyən edilib. Evdə ələ keçən 12 "Kalaşnikov" Qulomova "Danyelik" tərəfindən terrordan öncə gətirilib. Milli.Az haberler-ə istinadən xəbər verir.

 




Ana səhifəyə qayıt        Baxış: 829          Tarix: 17-05-2017, 13:58      

Xəbəri paylaş


Paylaş:   

Prizma