
BMT ABŞ-ın son 6 həftə ərzində sərhəddən keçən meksikalı miqrantların uşaqlarının onlardan məcburi alınması məsələsinə münasibət bildirib. Beynəlxalq təşkilat Birləşmiş Ştatlardan miqrant siyasətində təcili dəyişiklik edilməsini istəyib.
AZƏRTAC xarici KİV-ə istinadla xəbər verir ki, BMT Cenevrədə iyulun 6-dək davam edəcək iclasında bu məsələni müzakirəyə çıxaracaq.
BMT-nin İnsan Haqları üzrə Baş Komissarı Zeyd Raad Əl Hüseyn iclasdakı çıxışı zamanı bildirib ki, uşaqlara qarşı tətbiq olunan bu hal yolverilməzdir. ABŞ tərəfindən ailələrindən məcburi alınan 2 min uşaq təcili olaraq valideynlərinə qaytarılmalıdır.
Qeyd edək ki, Donald Trampın yeni qərarına görə, ABŞ-a qeyri-qanuni yollarla daxil olan miqrantların uşaqları onlardan məcburi alınaraq Səhiyyə və Sosial Xidmətlər Nazirliyinin sığınacaqlarına verilir.
Paylaş: