Xəbər lenti

NATO-nun baş katibi Jens Stoltenberg Gürcüstanın şimal alyansına qoşulmaq niyyətini dəstəkləyərək deyib ki, Gürcüstan NATO-ya qoşulmaq qərarını özü qəbul etməlidir.

O əlavə edib ki, Rusiyanın bu məsələdə Tbilisi üzərinə təzyiq göstərməsi “tamamilə qeyri-məqbuldur”.

Stoltenberg iyulun 18-də Gürcüstanın yeni baş naziri Mamuka Bakhtadze ilə birgə mətbuat konfransında deyib: “Rusiyanın öz qonşularının nə etməli olduğuna qərar vermək haqqı yoxdur. Gürcüstan suveren və müstəqil ölkədir və NATO-ya qoşulmaq da daxil, öz yolunu özünün müəyyən etməsinə haqqı var. Qonşunun qonşuya onun nəyi etməli olduğunu deməsi tamamilə yolverilməzdir, çünki belə bir hal böyük güclərin kiçik qonşuların nəyi edib, nəyi etməməsinə təsir göstərməsi kimi köhnə nüfuz dairələri prinsipinin bərpasına cəhddir”.

Bakhtadze deyib ki, “Gürcüstanın NATO-ya üzvlüyü heç kimə qarşı yönəlməyib və bu, regionu daha güclü, daha proqnozlaşdırılan, daha təhlükəsiz edir”.

Bundan əvvəl xəbər verilirdi ki, Gürcüstan prezidenti Giorgi Margvelaşvili ölkəsinin NATO-ya mümkün üzvlüyü ilə bağlı rusiyalı həmkarının dediklərinə mənfi reaksiya verib. Rusiya prezidenti Vladimir Putin Fox News-a müsahibəsində deyib ki, Gürcüstanla Ukraynanın NATO-ya mümkün üzvlüyü “Rusiyanın təhlükəsizliyinə birbaşa hədədir”.

“Təəssüf ki, bunu çoxdan eşidirik. Bu, məndən ötrü qətiyyən xoş deyil, amma Rusiya prezidentinin oxşar mövqeyi də yenilik deyil”, – Margvelaşvili iyulun 17-də jurnalistlərə deyib.

Gürcüstan prezidenti bir daha qeyd edib ki, ölkəsi NATO-ya üzv olmaq seçimini dəyişməyəcək. O, son Brüssel sammitində alyansın Gürcüstana güclü dəstək sərgilədiyini vurğulayıb. Margvelashvili deyib ki, “alyansın 29 üzvü Rusiyanı Gürcüstan ərazisindən hərbi hissələrini çıxarmağa çağırmaqla ona konkret mesaj göndəriblər”.

Putin iyulun 16-da Helsinkidə amerikalı həmkarı Donald Trampla sammitdən sonra Fox News-a müsahibə verib. O, Ukraynanın Krım vilayətinin anneksiyasını “demokratiya” təzahürü adlandırıb. Bu mövqeyini Krımın 2014-cü ildə öz statusuna dair referendum keçirməsiylə əsaslandırıb.

(Azadlıq radiosu)

 




Ana səhifəyə qayıt        Baxış: 623          Tarix: 19-07-2018, 11:31      

Xəbəri paylaş


Paylaş:   

Prizma