Xəbər lenti

ABŞ-da seçkilərə müdaxilə edənlərə qarşı sanksiyaların sərtləşdirilməsi barədə qanun layihəsi hazırlanır.

Bu məlumatı Britaniyada çıxan “The Times” qəzeti yayıb.

Bildirilib ki, Respublikaçılar Partiyasından olan senator Mark Rubio və onun demokrat həmkarı Kris Vanq Hollen qanun layihəsini hazırlamağa başlayıb.

Bu sənədə avtomatik olaraq, Rusiyaya qarşı sanksiyaların sərtləşməsinə səbəb olacaq.

Bu ilin noyabrında ABŞ-da konqresə seçkilər keçiriləcək. Bildirilib ki, Rusiyanın bu siyasi kampaniyaya müdaxilə cəhdi hiss edilməkdədir.

“Rusiya və başqa dövlətlərin ABŞ-da keçirilən seçki prosesinə müdaxiləsi ilə bağlı təqdim edilən dəlilllər təsdilənərsə, o zaman prezident 10 gün ərzində sanksiya tətəbiq etməlidir”, – deyə qəzet vurğulayıb/Report.

 




Ana səhifəyə qayıt        Baxış: 451          Tarix: 19-07-2018, 16:58      

Xəbəri paylaş


Paylaş:   

Prizma