Xəbər lenti

Ermənistan Müdafiə Nazirliyinin mətbuat katibi Artsrun Ovannisyan bu gün bəzi yerli KİV-lər tərəfindən rusiyalı sərhədçilərin ölkədə qalma şərtlərini tənzimləyən müqaviləyə yenidən baxılacağı ilə əlaqədar yayılan məlumatı təkzib edib.

Xatırladaq ki, RİA “Novosti”agentliyi daha öncə müdafiə naziri David Tonoyan Ermənistan ərazisində yerləşən Rusiya Federasiyası sərhəd qoşunlarının statusu haqqında müqaviləyə yenidən baxılması ehtimalının olduğunu bildirmişdi.

 

“Nazir Rusiyanın 102-ci hərbi bazasını nəzərdə tutub və müqaviləyə yenidən baxılması barədə deyil, digər razılaşmanın texniki maddələrinə əlavələr edilə biləcəyindən danışıb. Sərhəd qoşunları barədə, ümumiyyətlə, söhbət getməyib”, – Ovannisyan qeyd edib.

 




Ana səhifəyə qayıt        Baxış: 541          Tarix: 23-07-2018, 16:00      

Xəbəri paylaş


Paylaş:   

Prizma