Xəbər lenti

ABŞ “Krım bəyannaməsi”ni açıqlayıb.

Dövlət Departamenti bununla Krım yarımadasının Rusiya tərəfindən qanunsuz ilhaqına dair ABŞ-ın rəsmi mövqeyini müəyyən edən sənədi elan edib.

Dövlət katibi Mayk Pompeo tərəfindən imzalanmış sənəddə vurğulanır ki, Krımın 2014-cü ildə Rusiya tərəfindən qanunsuz birləşməsinin həyata keçirilməsi dövlət sərhədlərinin zorakılıqla dəyişdirilməsini istisna edən beynəlxalq hüququn prinsiplərini pozur.

Sənəddə bildirilir ki, ABŞ tərəfdaşları və müttəfiqləri, beynəlxalq ictimaiyyətlə birlikdə Krımın ilhaq olunmasını qəbul etmir. Birləşmiş Ştatlar Ukraynanın ərazi bütövlüyü tam bərpa olunana qədər bu siyasəti davam etdirəcəyini vəd verib.

 




Ana səhifəyə qayıt        Baxış: 705          Tarix: 26-07-2018, 13:19      

Xəbəri paylaş


Paylaş:   

Prizma