Xəbər lenti

 

Əsəd rejimi PKK-nı Dəməşqə dəvət edib. Aparılan danışıqlarda rəsmi Dəməşqin PKK-nın regiondakı varlığını və terrorçulara muxtariyyət veriləcəyini qəbul etdiyi bildirilir.

Ovqat.com-un məlumatına görə, bu xəbəri PKK-ya yaxın qruplar yayıblar.

Əsəd rejimi isə faktı qismən təsdiq etsə də, veriləcək muxtariyyətin müvəqqəti olduğunu, Suriyanın tək bir dövlət olacağını açıqlayıb. Bu təzadlı açıqlamalar yaxın zamanlarda Əsəd rejimi ilə PKK arasında yeni qarşıdurmaların yaşana biləcəyi ehtimalını ağla gətirir.

 ABŞ isə məsələyə təmkinli yanaşır. İŞİD-ə qarşı dəstək verdiyi PKK-nın Əsədlə anlaşması ABŞ rəsmilərində müəyyən suallar meydana gətirir. PKK da ABŞ-a etibar etməyin yanlış olduğunu bildirərək, Vaşinqtonla məsafə saxlamağa çalışır.




Ana səhifəyə qayıt        Baxış: 475          Tarix: 28-07-2018, 17:04      

Xəbəri paylaş


Paylaş:   

Prizma