Xəbər lenti

İsveçdə kral IX Karlın tacı saxlandığı yerdən oğurlanıb.

Azərtac İsveç KİV-lərinə istinadla xəbər verir ki, hadisə Stokholmdan 120 km uzaqlıqda yerləşən Strangnas şəhərinin XVII əsrə aid olan kafedral kilsəsində baş verib. Kral IX Karlın dəfnində istifadə edilən əşyalarla və əsası ilə yanaşı, onun və həyat yoldaşı kraliça Kristinanın taclarını da oğurlayıblar.

Yerli jurnalistlər oğurlanan əşyaların çox qiymətli olduğunu qeyd edir.

Şahidlərin verdiyi məlumata əsasən, oğurluğu bir neçə nəfərdən ibarət cinayətkar qrup həyata keçirib. Şahidlər, habelə bildirib ki, oğrular hadisə yerini motorlu qayıqdan tərk ediblər.

Cəmiyyətdə böyük əks-səda doğuran oğruluq hadisəsi ilə bağlı İsveç polisi istintaq işlərinə başlayıb. Yerli polisin rəsmisi Tomas Agnevikin sözlərinə görə, axtarışlar yerdə, suda və havada aparılır.

Polis cinayətkarların gizləndiyi yerin ifşası üçün bütün istiqamətləri yoxlayır.

 




Ana səhifəyə qayıt        Baxış: 234          Tarix: 1-08-2018, 12:01      

Xəbəri paylaş


Paylaş:   

Prizma